Ermənistan Ağdərənin 7 kəndini Azərbaycana təhvil verəcək –

(ADLAR)
18 Noyabr 2020 - 18:46

Ermənistan Ağdərə rayonunun da 7 kəndini Azərbaycana təhvil verəcək.

Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, kəndlər (Mollalar, Qızıl Kəngərli, Seysulan, Papravənd, Boyəhmədli, Çiləbürt və Əliağalı) Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-u imzalanan razılaşmasına əsasən Azərbaycana veriləcək.

Məlumatda qeyd olunur ki, Ağdam rayonu noyabrın 20-si Azərbaycana qaytarılır. Təhvil veriləcək yaşayış məntəqələri Qarabağ münaqişəsinə qədər Ağdam rayonunun tabeliyində olub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.