Ermənistan Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atıb –

HİKMƏT HACIYEV
27 Oktyabr 2020 - 18:55

ANAMA-nın məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur.