Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz Facebook səhifəsində məlumat verib.
Xatırladaq ki, bu gün baş nazir Nikol Paşinyan bildirib ki, bundan sonra bu ölkəyə Aleksandr Lukaşenko rəhbərlik etdiyi halda o, Belarusa getməyəcək.