Ermənistan COP17 beynəlxalq iqlim dəyişikliyi konfransına ev sahibliyi edəcək

Ermənistan BMT-nin 2026-cı ildə keçiriləcək biomüxtəlifliyə dair COP17 beynəlxalq iqlim dəyişikliyi konfransına ev sahibliyi edən ölkə seçilib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Ekologiya Nazirliyindən bildirilib.

“Ermənistan 65 səslə COP17 biomüxtəliflik konfransına ev sahibliyi edən ölkə seçilib”, -məlumatda deyilir.

Səsvermə COP16-nın keçirildiyi Kali şəhərində baş tutub. Prezident Vaaqn Xaçaturyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də Kalidə olub.

Azpost.info

Əvvəlki məqalə

İki azyaşlı xilas edilib

Sonrakı məqalə

Azərbaycan Prezidenti İspaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib