Ermənistan Hindistandan 600 milyon dollarlıq silah alıb

Ermənistan Respublikası Hindistandan əlavə 155 mm-lik ATAGS artilleriya qurğuları almaqda maraqlıdır.

Bu barədə Hindistan Müdafiə Araşdırmaları və Təhlil İnstitutunun baş direktoru Sudan Çinoy bildirib.

“ATAGS çox çevik qurğulardır. Onlar Hindistanda istehsal olunur və böyük müvəffəqiyyət qazanıb. Ermənistan tərəfi 6 belə qurğu əldə edib və alışdan məmnundur”, – deyə Sudan Çinoy bildirib.

O, Dehlinin artıq “Svati” radar sistemlərini İrəvana göndərdiyini və bu əməliyyatın dəyərinin 40 milyon dollar olduğunu xatırladıb.

Hindistanın Müdafiə Tədqiqatları və Təhlilləri İnstitutunun baş direktoru əlavə edib ki, Ermənistan, həmçinin, təxminən 250 milyon dollar dəyərində olan “Pinaka” raket sistemlərinə maraq göstərib.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə ilində Ermənistan tərəfindən alınan Hindistan istehsalı olan silahların ümumi həcmi 600 milyon dollara çatıb. 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya qurğuları, zenit müdafiə sistemləri və digər silahlar alır(trend).

Əvvəlki məqalə

Zelenski rus ordusunun Kursk yaxınlığında əks-hücuma keçdiyini təsdiqləyib

Sonrakı məqalə

ATƏT Gürcüstanda parlament seçkilərini müşahidə missiyasına başlayıb