“Ermənistan ilə Azərbaycan arasında nəqliyyatın açılmasına dəstək verməyə hazırıq” – ABŞ Dövlət katibi

ABŞ Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının açılmasına dəstək verməyə hazırdır. 

Azpost.info bildirir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışı zamanı deyib.

Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.

Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.

Qeyd edək ki, iyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Əvvəlki məqalə

ABŞ dövlət katibi ilə Paşinyan arasında telefon danışığı olub

Sonrakı məqalə

“Ermənistan kütləvi məzarlıqların yerləri barədə məlumat vermir”-