Ermənistan ilk dəfə Səudiyyə Ərəbistanına səfir təyin edib

Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi və prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə Karen Qriqoryan ölkənin Səudiyyə Ərəbistanındakı səfiri təyin edilib.

Azpost.info xəbər verir ki, o, eyni zamanda Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiridir.

2023-cü il noyabrın 24-də Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb. Protokolu Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Luayhan Əl-Ankar imzalayıblar.

Protokolu imzaladıqdan sonra Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bəyan edib ki, diplomatik münasibətlərin ilkin dövründə Ermənistan və Səudiyyənin qeyri-rezident səfirləri olacaq.

“İlkin mərhələdə iki dövlətin qeyri-rezident səfirləri olacaq və münasibətlər inkişaf etdikcə və dərinləşdikcə paytaxtlarda səfirliklər açmaq mümkündür”, – Badalyan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.