Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini təsdiqləyib

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında reqlament layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Ermınistan Konstitusiya Məhkəməsinin məlumatında deyilir.

Qərar Konstitusiya Məhkəməsinin rəsmi internet saytında dərc edildiyi andan qüvvəyə minir.

Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti imzalayıblar.

Azpost.info

Əvvəlki məqalə

Lukaşenko onu devirmək üçün silahlı üsyan hazırlandığını açıqlayıb

Sonrakı məqalə

ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir