Ermənistan parlamenti delimitasiya komissiyalarının reqlament layihəsini təsdiqlədi

Ermənistan parlamenti sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin reqlament layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, 67 deputat layihənin lehinə səs verib.

Müxalifətdə olan iki fraksiya sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.

Daha əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Istifadə olunan ət yalnız…

Sonrakı məqalə

Pensiyalar və sosial müavinətlər bu tarixdə veriləcək –