Ermənistan Qubadlı istiqamətində gedən döyüşlərdə geri oturduldu –

50 hərbçisi məhv edildi (VİDEO)
25 Oktyabr 2020 - 19:50

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.