Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib- FOTO

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Əvvəlki məqalə

İki Afrika dövləti Nigerə qarşı hərbi əməliyyat hazırlayıb

Sonrakı məqalə

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb