“Ermənistan sülh gündəliyinin irəliləməsini dayandırmaq üçün atəşkəsi ardıcıl pozub”- Xələf Xələfov

Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini təəssüflə bildirib ki, Ermənistan tərəfi sülh gündəliyinin irəliləməsini dayandırmaq, üçtərəfli razılaşmaların həyata keçirilməsini əngəlləmək üçün son zamanlar atəşkəsi ardıcıl olaraq pozmağa davam edib və nəticədə 12 sentyabr tarixində iki ölkənin sərhədində ağır nəticələrə səbəb olmuş silahlı təxribat törədib.

Əvvəlki məqalə

Səmərqənddə Ərdoğan-Putin görüşü başlayıb

Sonrakı məqalə

Daha 234 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib