Ermənistan Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti müxalifətin “Vətən naminə Tavuş” hərəkatının bu gün parlament binası yaxınlığında keçiriləcək mitinqi ilə bağlı təşkilatçılara  xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb.

“Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın zərərsizləşdiriləcəyini bəyan edirik”, – məlumatda deyilir.

Müxalifət Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi hökumət iclasının təyin olunduğu vaxtda parlament binası yaxınlığında mitinq keçirməyə hazırlaşır.

Azpost.info

Əvvəlki məqalə

Vətəndaşlar türk dövlətləri ilə əməkdaşlığı necə qiymətləndirir? –

Sonrakı məqalə

Sabah hava necə olacaq?