Ermənistan Tovuzun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriyadan atəşə tutub

14 İyul 2020 - 09:31

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinindən məlumat verilib. Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.