“Ermənistan və Aİ viza rejiminə yenidən baxılması ilə bağlı danışıqlara başlayıb”- PAŞİNYAN

Ermənistan və Avropa İttifaqı viza rejiminə yenidən baxılması ilə bağlı danışıqlara başlayıb.

Azpost.info xəbər verir ki, bunu Ermənistam Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Şinasla görüşdə bildirib.

“Mən şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistana dəstək vermək barədə qərar qəbul edilib və biz bunu yüksək qiymətləndiririk”, – Paşinyan deyib.

O əlavə edib ki, hazırda Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı müzakirələr gedir və buna görə də İrəvanın Aİ tərəfdaşlarımızın müşahidələrinə və məsləhətlərinə qulaq asması vacibdir.

Azpost.info

Əvvəlki məqalə

Xudatda ana azyaşlı övladına xəsarətlər yetirib

Sonrakı məqalə

“Abzas Media işi” üzrə ibtidai istintaq bitib