Ermənistan və Türkiyə arasında 320 milyon dollarlıq mal dövriyyəsi olub

2022-ci ildə Ermənistan və Türkiyə arasında 320 milyon dollar məbləğində mal dövriyyəsi olub. 

Azpost.info bildirir ki, bu barədə Ermənistan parlamentinin iclasında iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

Nazir bildirib ki, türk mallarının idxalı üçün Ermənistan sərhədləri açıqdır. Amma erməni malları üçün isə Türkiyə sərhədi bağlıdır. “Türkiyə sərhədi seçmə qaydada açır. Onlar iqtisadiyyatları üçün mühüm olan müəyyən kateqoriyalı erməni malları üçün sərhədi açırlar. Digər mallar üçün sərhəd bağlıdır”.

 

 

Əvvəlki məqalə

Aİ ölkələri Rusiya neftinin qiymətini 51 dollara endirməyə çağırır

Sonrakı məqalə

Danimarka hökuməti Ukrayna üçün yardım fondu yaradır