Ermənistanda əcnəbi polis şöbəsində avtomatdan atəş açıb

Ermənistanda əcnəbi vətəndaş polis şöbəsində əməkdaşlara avtomatdan atəş açıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan DİN mətbuat xidməti məlumat yayıb.

İstintaq Komitəsinin məlumatında deyilir ki, Abovyan şəhərində gecə xarici vətəndaş polisə zəng edib.

Polis əməkdaşı adı çəkilən əcnəbini Kotayk polis şöbəsinə dəvət edib.

Əcnəbi DİN-in Kotayk polis idarəsinin növbətçi hissəsində olarkən növbətçinin diqqətsizliyindən istifadə edərək məntəqənin stolundan “AKM” tipli avtomatı götürərək özünə qəsd etmək məqsədi ilə atış açıb.

İki polis onun avtomatı onun əlindən almağa çalışrakən həmin şəxs atəş açıb. Daha sonra lüləni özünə çevirərək  yenidən atəş açıb. Nəticədə sonuncu və iki polis yaralanıb. Əcnəbi isə döş qəfəsinin sağ nahiyəsindən güllə yarası alıb.

Cinayət işi açılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.