Ermənistanda “Daşnakstyun”un ofislərində axtarışlar başlanıb –Partiyanın 10-a yaxın rəhbər şəxsi saxlanılıb

Ermənistanda “Daşnakstyun” partiyasının bir sıra ofislərində axtarışlar başlanıb, partiya strukturlarının 10-a yaxın rəhbəri saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə “Daşnaksütyun” Ali orqanının nümayəndəsi, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən internetdə yayılmış hansısa səs yazısından sonra istintaq orqanları cinayət işi açıb. “Bu gün səhər saatlarında “Daşnaksütyun” Vayk və Yeqqnadzordakı ofislərində axtarışlara başlayıblar. Partiya strukturumuzun 10-a yaxın rəhbər şəxsi saxlanılıb. Vəkillər onlarla əlaqə saxlaya bilmir. Hüquq-mühafizə orqanları hansısa ifadə almağa çalışırlar. Hazırda deputatlarımız rayondadırlar, onların yerini öyrənməyə çalışırlar”- deyə deputat qeyd edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları  müxalifətə qarşı nəsə böyük bir “iş tikir”.

 

Əvvəlki məqalə

Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir –

Sonrakı məqalə

Prezident İlham Əliyev Qurtuluş Günü münasibəti ilə paylaşım edib