Ermənistanda hərbi hissəyə hücum edilib

Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, insident Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsinin qapısında vətəndaşlar iki hərbçi ilə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.

İstintaq Komitəsi üç nəfər həbs edildiyini açıqlayıb.

Qeyd olunub ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.

Əvvəlki məqalə

Sumqayıtda zavodun 53 əməkdaşı qidadan zəhərlənib

Sonrakı məqalə

Rusiyada sosial şəbəkədə min izləyicisi olanlar nəzarətə götürülür