Ermənistanın dinc əhaliyə vurduğu ziyanın ödənilməsinə 10,2 milyon manat xərclənib

24 May 2021 - 11:31

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan xərclənən vəsait məlum olub.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən, bu məqsədlə 10,2 milyon manat vəsait sərf olunub.(APA)