“Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qalır”- Katiblik

Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.

Azpost.info xəbər verir ki, bunu KTMT-nin katibliyindən bildiriblər.

Katiblik Ermənistan Xarici İşlər Nazirliyinin ölkənin hələ də blokdan çıxmaması ilə bağlı bəyanatına istinad edib.

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhini diqqətinizə çatdırırıq: “Paşinyan demədi ki, biz KTMT-dən çıxırıq, o dedi ki, nə vaxt çıxacağımıza biz qərar verəcəyik. Bu baxımdan, biz ondan çıxış edirik ki, Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, o, təşkilatın tamhüquqlu üzvü olaraq qalır”, – KTMT-dən bildirilib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda ÜDM 4,2 faiz artıb

Sonrakı məqalə

Bakıda 10 meqa-parkın tikintisi aparılır