Oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Ermənistan tərəfindən yayılan məlumatı qəti surətdə təkzib edib.