Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişi bu sənədin icrasının gedişatına nəzarət üçün birgə komissiyanın yaradılmasını da nəzərdə tutur.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumət saatında danışıb.
O, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil olmaqla, sazişin bir neçə əsas komponentini açıqlayıb.
Müxalifətçi deputat Artur Xaçatryanın hakimiyyətin niyə saziş layihəsini dərc etməməsi ilə bağlı sualına cavab olaraq Paşinyan qeyd edib ki, indiki mərhələdə sənədin mətnini açıqlamaq diplomatik baxımdan doğru olmaz.
Azpost.info