Erməni silahlıları mövqelərimizə yaxınlaşmaq üçün səngər yolları qazmağa cəhd edib- Müdafiə Nazirliyi

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, MN-in məlumatında deyilir.

Əvvəlki məqalə

Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə rüsum azaldılır

Sonrakı məqalə

Türkiyə XİN Azərbaycan xalqını təbrik edib