Ermənilər Füzulinin Kürdlər kənd qəbiristanlığını dağıdıb, yerində taxıl əkiblər –VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib. H.Hacıyev bildirib ki, bu, yenə də Ermənistanın vandalizminin bir əlamətidir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış ziyalı və ictimai xadim Sərhad Məmmədov vəfat edib

Sonrakı məqalə

Cavad Zərifin Bakıya səfər proqramı yenidən hazırlanacaq –