“Ermənilərin Xocalıda törətdiyi yanğın ekoloji terror aktıdır”- Nazir müavini

Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır.

“Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur. Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir”, – nazir müavini deyib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb

Sonrakı məqalə

Azərbaycanda elektrik enerjisi ilə bağlı yeni vergi güzəşti olacaq