“Ermənistan açıq döyüşdə heç vaxt qələbə qazana bilməz”-PREZİDENT İLHAM ƏLİYEV

“Biz istəsəydik Ermənistan ərazisindəki torpaqların böyük hissəsi nəzarətimzə keçə bilərdi. Amma bizim qarşımızda belə məqsəd dayanmır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlət Başçısı deyib ki, bu gün operativ  vəziyyət bizi tamamilə qane edir: “Lazım olan vaxtda yaradımış əlavə imkanlardan, o cümldən döyüş məntəqlərinin yerləşməsindən istifadə edib sözümüzü deyəcəyik”.

Prezident deyib ki, düşmən aprel döyüşlərində olduğu mənfur əməllərə əl ataraq kəndlərimizi atəşə tutdu. “Namərd atəş nəticəsində ağsaqqal həlak oldu. Bu bir daha göstərir Ermənistan faşist dövlətidir. Ermənistan açıq döyüşdə heç vaxt qələbə qazana bilməz”.

İlham Əliyev deyib ki, “Ermənistanın törətdiyi təxribatın səbəblərini indi dəqiq bilə-bilmərik. Bunu həyat göstərər. Ancaq bir çox səbəb mümkündür. Birinci səbəb Ermənistda olan ağır iqtisadi-siyasi vəziyyətdir”. 

Prezident bildirib ki, düşmənə layiqli cavab verildi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Düşmənin arxasında dayanan havadarı geri durarsa, onu diz çökdürməyə qadirik” –

Sonrakı məqalə

PREZİDENT İLHAM ƏLİYEVİN NAZİRLƏR KABİNETİNDƏ ÇIXIŞI –