Ermənistan iqtisadiyyatının 11 ayı

Ermənistanın Statistika Komitəsi makroiqtisadi hesabat yayıb.

Rəsmi açıqlamaya görə, yanvar-noyabr aylarında ümumi daxili məhsul 2021-ci ilin eyni dövrünə nəzərən 14,4 faiz artıb. Xidmət sahəsi üzrə yüksəliş 28,2 faiz, ticarət dövriyyəsi üzrə 16,2 faiz, tikinti sektoru üzrə 13,9 faiz, sənaye istehsalı üzrə 8,4 faiz göstərilir.

Xarici ticarət dövriyyəsində 67,8 faiz, ixracda 75,2 faiz, idxalda 63,6 faiz artımın qeydə alındığı, 8,7 faiz inflyasiya getdiyi xəbər verilir

Əvvəlki məqalə

Qız uşaqları daha çətin tərbiyə olunur –

Sonrakı məqalə

“İt hürər, karvan keçər”