Ermənistan KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etdi- Kremldən operativ reaksiya gəldi

“Kreml Ermənistanın öz ölkəsində “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini keçirməkdən imtina etməsi ilə bağlı qərarı öyrənəcək və vəziyyətə daha sonra aydınlıq gətirəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, Ermənistan Baş nazirinin kifayət qədər yeni bəyanatıdır. KTMT vasitəsilə həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər”, – Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan hələ də Rusiya üçün mühüm müttəfiq olaraq qalır və Moskva İrəvanla dialoqu davam etdirəcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin “Sarsılmaz qardaşlıq – 2023” təlimlərinin Ermənistanda keçirilməyəcəyini açıqlayıb. Baş nazirin sözlərinə görə, İrəvan bunu məqsədəuyğun hesab etmir.

Azpost.info

Əvvəlki məqalə

Şimal rayonlarında baş vermiş 11 qəza baş verib

Sonrakı məqalə

KTMT birgə təlimləri keçirmək üçün Ermənistanı əvəzləyəcək ölkə axtarır