Ermənistan və Azərbaycan müdafiə nazirləri arasında operativ təmas dayanıb

Hazırda Ermənistan müdafiə naziri Suren Papikyan və Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında operativ təmas mövcud deyil.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sözçüsü Aram Torosyan bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır iki ölkənin müdafiə nazirləri arasında operativ təmaslar yoxdur.

MN rəsmisi əlavə şərh verməyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə barədə bildirib.

Əvvəlki məqalə

“Londonda təxribatçı qrup din adından yalan şüarlar səsləndirib” –

Sonrakı məqalə

Türk Dövlətləri Təşkilatı Londonda səfirliyimizə hücumu pisləyib