Ermənistanın fövqəladə hallar naziri həbs edilib

İrəvan məhkəməsi Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan barəsində həbs qərarı verib.

Azpost.info Sputnik Armenia-ya istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi açıqlama verib.

O, iki ay müddətinə həbs edilib.
Korrupsiya işi ilə bağlı daha  səkkiz nəfərə qarşı ittiham irəli sürülüb. İş üzrə on nəfər şübhəli şəxs qismində tanınr.

İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisi A.X-nin köməyi ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb.

Piloyanın köməkçisinin kabinetində aparılan axtarış zamanı silah və sursat tapılıb.

Əvvəlki məqalə

Naxçıvanda məktəb təmiri zamanı divar uçub, 4 nəfər ölüb

Sonrakı məqalə

Ərdoğan Putin və Zelenski ilə telefonla danışıb