İrəvan məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı 15 milyon dram (38 min dollar) məbləğində girov müqabilində azadlığa buraxılıb.
Azpost.info bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Birinci İnstansiya Məhkəməsi cümə axşamı Tonoyanın vəkili Andranik Manukyanın vəsatətini təmin edib.
2018-2020-ci illərdə, o cümlədən 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Ermənistan-Azərbaycan müharibəsi zamanı Paşinyan hökumətində Ermənistanın müdafiə naziri vəzifəsində çalışmış Tonoyan vəzifəsini tərk etdikdən təxminən bir il sonra, 2021-ci ilin sentyabrında həbs edilib. Ona qarşı silahlı qüvvələri sursatla təmin edə bilməmək ittihamı irəli sürülüb.
Tonoyan ona qarşı açılan işi “siyasi təqib” adlandırıb və həbsindən sonra həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı bir neçə vəsatət qaldırıb. Lakin onların hamısı rədd edilib.
Ötən il hakim keçmiş müdafiə nazirinə Ermənistanın 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətinin səbəblərini araşdıran xüsusi parlament komissiyasında ifadə verməyə icazə verib.