Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollar nəzarətə götürülüb –MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İyunun 18-dən sonra Bakı-Naxçıvan-Bakı müntəzəm uçuşlarının qrafiki açıqlanıb

Sonrakı məqalə

Dörd şəhər və beş rayonda karantin vaxtı bu işləri görməyə icazə verildi –