“KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Almatıda keçirilən iclasında Ermənistanın təşkilatdan çıxması proseduru müzakirə olunmayıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Xeyr, Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb, çünki müvafiq müraciət daxil olmayıb”, – Lavrov bildirib.
Nazir əlavə edib ki, Ermənistanın KTMT-dən çıxmasının mümkün nəticələri barədə spekulyasiya etməyəcək. Onun sözlərinə görə, heç bir rəsmi açıqlama olmayıb və baş verməyənlərin nəticələrini müzakirə etməyin mənası yoxdur.
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxdığını bildirib. Paşinyan əlavə edib ki, Ermənistanın təşkilatdan çıxma vaxtı hələ müəyyən edilməyib. Daha sonra Ermənistan Baş naziri bildirib ki, Belarus KTMT-dən çıxmaq qərarı verərsə, Ermənistan təşkilatla bağlı mövqeyini dəyişə bilər.
Azpost.info