Türkiyə Suriya ilə münasibətləri normallaşdırmaq üçün əl uzadıb və bunun qonşu ölkədə sülhün bərqərar olmasına töhfə verəcəyinə inanır.
Azpost.info xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
O, suriyalı həmkarı Bəşər Əsədlə şəxsi görüşə ümid etdiyini bildirib.
“Əsədlə bir araya gəlib Suriya ilə Türkiyə arasındakı münasibətləri normala döndərə biləcəyimizə də ümidim var. Çünkibu iki ölkə arasındakı terror təşkilatlarını məhv etməliyik. Ədalətli və qalıcı sülh üçün zəmin var. Suriyada bunu təmin etmək üçün atılması lazım olan addımlar da göz qabağındadır. Suriyanın ərazi bütövlüyünü təhdid edən biz deyilik. Suriyanın ərazi bütövlüyü terrorçular, xüsusilə PKK terror təşkilatı tərəfindən təhdid edilir. Suriyanın ərazi bütövlüyü bir çox ölkələrə səpələnmiş suriyalılar tərəfindən təhdid edilmir. Əsəd bunu dərk etməli və ölkəsində yeni ab-hava yaratmaq üçün addımlar atmalıdır”, – Ərdoğan qeyd edib.
Azpost.info