Braziliya polisi Macarıstanda keçirdiyi əməliyyatda məşhur narkobaron Serjio Roberto de Karvalhonu həbs edib.
Fəaliyyətinə görə, ona “Braziliyanın Eskobarı” ləqəbi verilmişdi.
Braziliya polisi əməliyyatı İnterpolla birgə həyata keçirib.
Sabiq polis zabiti olan Karvalho Avropada saxta sənədlərlə yaşayıb. İspaniyada həbs edildikdən sonra girov müqabilində azad edilən Karvalho saxta ölüm şəhadətnaməsi ilə məsuliyyətdən yayına bilib.
Polis ötən payızda 100 milyon nağd pulu ələ keçirdikdən sonra narkobaron barədə beynəlxalq axtarış elan edib.