Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü ildə müxtəlif satış məntəqələrindən 500-dən artıq ət nümunəsi götürüb. Götürülmüş bir sıra nümunələrdə zoonoz xəstəliklər və insan sağlamlığı üçün təhlükəli olan müxtəlif patogenlər aşkarlanıb.
Bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.
Agentlik rəsmisi istehlakçıların əksəriyyətinin zoonoz xəstəliklər və onun zərərləri haqqında məlumatlı olmadığını vurğulayıb.
O qeyd edib ki, istehlakçılar ət və ət məhsulları alarkən diqqətli olmalıdırlar.
“Biz baytarlıq nəzarətindən keçmiş ətləri istehlak etməyə üstünlük verməliyik” – deyə E.Mikayılov bildirib.