Etibar Məmmədov Berlində Sərkisyanın BDİ-yə üzvlüyünün qarşısını aldı

İyunun 26-29-u tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı Toplantısı və Sammiti keçirilib.

Tədbirlərdə partiyanı AMİP-in fəxri lideri Etibar Məmmədov və AMİP Sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təmsil edib.

BDİ-yə üzv olan dünyanın bir sıra sağ mərkəz partiyalarının rəhbərlərinin, bir çox hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilçilərinin və tanınmış siyasətçi, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olub.

Forumda Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko geniş nitq söyləyərək bu günə qədər olan hərtərəfli dəstəyə görə təşəkkür edərək, dünya dövlətlərini Ukraynaya köməklərini daha da artırmağa və Rusiyanın işğalçılıq siyasətinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıblar.

Bu partiya indiyədək bir neçə dəfə belə cəhdlər etsə də, AMİP onların BDİ-nin prinsiplərinə zidd fəaliyyət göstərdiklərini əsas gətirək üzvlülük məsələsinin qarşını ala bilib. Bu dəfə də regionda separatçılığın və terrorun əsasını qoyan Sarkisyanın liderlik etdiyi partiyanın BDİ-yə üzvlüyünün imkansız olması ilə bağlı AMİP faktlarla etirazını bildirib.  Belə ki, Krımın anneksiyası zamanı Rusiyaya dəstək verməsi, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə heç bir münasibət bildirməməsi, partiyanın Moskvadan idarə olunması reallığı,  hakimiyyətə gəlmək üçün Kremlin yardımına arxalanması, Azərbaycanla yenidən müharibəyə başlamaq təbliğatını aparmaqla sülhün yaranmasına qarşı çıxması AMİP tərəfindən diqqətə çatdırılıb.  Nəticədə onlara üzvlük üçün  zəmanət verən (sponsorluq edən) partiyalar zəmanətlərini geri çəkməklə bu məsələ ümumiyyətlə gündəlikdən çıxarılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.