“Etirazçıların məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”- Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti

Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyalarının təşkilatçılarının məqsədi hakimiyyəti zorla ələ keçirməkdir.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Gürcüstan xüsusi xidmət orqanlarının məlumatına görə, etirazçılar xaricdən kriptovalyuta şəklində pul alırlar və aqressiyasının hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

“Rəngli inqilablar”ın təşkili ilə bağlı hədə-qorxu, rüşvətxorluq, onların aksiya iştirakçılarının tərəfinə keçməsi kimi üsullardan istifadə olunur ki, bu da son nəticədə dövlət strukturlarının dağılmasını və hakimiyyətin güc yolu ilə ələ keçirilməsini hədəfləyir”, – məlumatda qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü başlayıb

Sonrakı məqalə

“İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron qaydada keçiriləcək” –