Evində yandırılan müəllimə görə 1 nəfər tutuldu

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsində öldürülərək evi yandırılan 139 saylı orta məktəbin ibtidai sinif müəllimi Xuraman Həsənovanın qətli ilə bağlı birgə məlumat yayıb. 

Məlumatda bildirilib ki, mayın 27-i saat 7 radələrində Lökbatanda yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla cinayətin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Orxan Novruzov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Əvvəlki məqalə

“Sovet hakimiyyətinin əsassız qərarı ilə Zəngəzur Azərbaycandan ayrıldı” –

Sonrakı məqalə

“Rusiya-Ukrayna arasında erkən sülhü dəstəkləmirəm” –