Eyni mənzili müxtəlif adamlara satan MTK vətəndaşları zülmə salıb

Azərbaycanda tikinti şirkətlərinin vətəndaşlarla problemi bitib-tükənmək bilmir.  İnsanların bu çətin dövrdə min bir əziyyət hesabına topladığı pulları mənzil satmaq adıyla mənimsəyən, yaxud da üzərinə düşən öhdəlikləri yerinə yetirməyən MTK sahibləri cəzasızlıq mühtində yaşadıqlarından insanları incitməyə davam edir.
Azpost.info bildirir ki, bir qrup vətəndaş  Gününsesi.info-ya müraciət edərək iş adamı Qabil Əliyevin sonradan qanunsuz olaraq sahibləndiyi “Hom Paş Prestij MTK” adlı bu şirkətin onların başına açdığı oyundan şikayətlənib.
Vətəndaşlar bildirir ki, 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə “Hom Paş Prestij MTK” yaşayış binası inşa edib. Həmin zaman binanın inşası Türkiyədən olan iş adamı Hikmət Yiğitdöl adlı şəxsdə olub. Qabil Əliyevin türk iş adamına şərik olması və daha sonra  oranı ələ keçirməsindən sonra ciddi problemlər başlanıb.
Məlum olub ki, binada bir mənzil bir neçə adama satılıb.
Bu azmış kimi Qabil Əliyev həmin binanı yanında başqa bir binanın da  tikintisinə  başlayıb.
Sakinlər yeni inşa olunan binananın məhəllədəki həyətin hesabına inşa olunduğunu deyərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin buna necə razılıq verməsinin araşdırılmasını tələb edir.
Müraciət edənlərin fikrincə, vətəndaşların qarşısına çıxmaqdan yayınan Qabil Əliyevin özünü cəzasızlıq mühitində hiss etməsinə səbəb isə oğlu Mirkamalın  baş nazir Əli Əsədovun oğlu ilə dostluq etməsidir. Milli Məclis Aparatında çalışan Mirkamal atasının bəzi deputatlarla əlaqəsinin qurulmasına və sonradan onların dəstəyinə də nail olur.
Vaxtilə Azərbaycanda çalışan Türkiyə vətəndaşı  Hikmət Yiğitdöl bir zamanlar ortaq olduğu  Qabil Əliyev tərəfindən aldadıldığını bildirir.
Azərbaycanın Baş Prokuroruna ərizə verən türk iş adamı  Qabil Əliyev barəsində cinayət işi açılmasını istəyib.
Hikmət bəy yazıb ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib: Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib. Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus “İnter” MMC-nin adına keçirilməsinə nail olub”.
İddialarla bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran iş adamı, Qabil Əliyev baş verənlərə görə, özünün deyil keçmiş şəriki Hikmət Yiğitdölün məsuliyyət daşıdığını deyib.
Sahibkar bildirib ki, türk şərikinin aldadaraq zərərə saldığı vətəndaşlara mənzil verib və buna görə də xeyli miqdarda ziyana düşüb.
Əvvəlki məqalə

Anatoliy Rafailov “Şöhrət” ordeni ilə təltif edilib

Sonrakı məqalə

Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş