“Facebook”un bloklanması əla qərardır” –Dumada sosial şəbəkəyə "kimyəvi silah" dedilər

Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Oleq Matveyçev “Roskomnadzor”un Rusiyada “Facebook” və “Tvitter”ə girişi məhdudlaşdırmaq qərarını yüksək qiymətləndirib.

Azpost.info xəbər verir ki, deputat qeyd edib ki, bloklanma qərarı senzura aktı və ya “dəmir pərdə” sayıla bilməz.

“Bu, təhlükəsizlik məsələsidir”

Onun sözlərinə görə, belə bir tədbir ölkənin təhlükəsizliyini təmin etmək üçün tələb olunurdu: “Rusiyada kimsə kimyəvi silah səpsəydi və onun qarşısı alınsaydı, bu senzura aktı və ya “dəmir pərdə” sayıla bilərdimi? Xeyr, bu, təhlükəsizlik məsələsidir”. Komitə yetkilisi “Facebook” və “Tvitter”i “informasiya silahı” adlandırıb: “Onlar mütəmadi olaraq vətənpərvər, dövlətpərəst məzmunu bloklayır, neqativləri, saxtakarlığı yayır, ukraynalı bloqçular üçün platformaya çevrilirdilər”.

“Çindən nümunə götürməliyik”

Matveyçev xarici sosial şəbəkələrin bloklanmasını əla qərar adlandırıb. O, “Facebook”un olmadığı Çinin təcrübəsinə diqqət yetirməyi tövsiyə edib: “Ümumiyyətlə, hesab edirəm ki, bu “Facebook”un Rusiyada görəcəyi heç nə yoxdur. Çində belə deyil və bu mənada sağlam bir cəmiyyət var. Biz hər şeydə deyil, bir çox şeydə Çindən nümunə götürməliyik. Onlayn ünsiyyət qurmaq istəyən bütün ruslar “VKontakte” sosial şəbəkəsindən istifadə edə və ya “LiveJournal”a qayıda bilərlər”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Eybi yox dözərik, bir ildən sonra yalvarıb sanksiyaları götürəcəklər” –

Sonrakı məqalə

“Rusiyaya qarşı elan olunmuş sanksiyalar müharibədir” –