Fazil Mustafa parlament komitəsinin sədri oldu

Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.

Bu barədə Milli Məclisin iclasında qərar qəbul edilib.

Ülviyyə Həmzəyeva isə Mədəniyyət komitəsinin sədr müavini seçilib.

Qeyd edək ki, parlamentin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva idi. Qənirə Paşayeva bu il sentyabrın 28-də vəfat edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.