Fazil Talıbov:“Birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”

“İşsiz kimi qeydiyyata alınan şəxsə birdəfəlik ödəmə təyin olunduqdan sonra onun üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”. 

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, bu barədə ona qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə SMS göndərilir:

“İşsiz şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir”.

Xatırladaq ki, aprelin 9-dan etibarən gündəlik olaraq bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi karantin dövründə bu işçilərin sosial müdafiəsi gücləndirilir

Sonrakı məqalə

DİN avtomobilin damında bayraq çəkilməsinə münasibət bildirdi