Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb. Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.    Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib. Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər -  Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.