Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
Bu barədə Xalq artistinin qızı, kinoşünas Leyla Şabanova bildirib.
“Nəslimizin dayağı, gözəl anamız, nənəmiz, ulu nənəmiz bu gün haqq dünyasına qovuşdu”, - Leyla Şabanova qeyd edib.
Qeyd edək ki, Elmira Şabanova 1940-cı ildə Bakıda anadan olub. O, 30-a yaxın bədii filmdə rol alıb.
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək.
Bu barədə APA-ya mərhum Xalq artistinin qızı məlumat verib.
“Vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra Yasamal qəbiristanlığında atamın qəbrinin yanında dəfn edəcəyik”, – deyə qızı bildirib.