FHN Böyük Şor gölündə təmizləmə işlərinə başlayıb –VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb. 

Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır. 

Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.

https://youtu.be/H0pL7vIeXWM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yevlaxda postlardan keçmək üçün saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Azərbaycanda 1565 müəllim iş yerini dəyişib