FHN qızıl zavodundakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Gədəbəy rayonunun Arıqdam kəndində qızıl emalı zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mis-qızıl zavodunun platasiya sexində baş verdiyi məlum olub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2 100 m² olan platasiya sexinin yüngül metal konstruksiyalardan ibarət üzlük hissəsi 180 m² sahədə, pres filter avadanlığının yanar hissələri, mühərriklər, nasos avadanlıqları, elektrik kabelləri və elektrik panelləri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı zəhərlənən 8 nəfər – 41 yaşlı Ayaz Ələsgərov, 37 yaşlı Etibar Nəsibov, 34 yaşlı Elburus Alıyev, 29 yaşlı Füzuli Muxtarov, 44 yaşlı Anar Abdullayev, 40 yaşlı Anar Şirinov, 29 yaşlı Yusif Nuriyev və 44 yaşlı Rafiq Məmmədov Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsində ilkin yardım göstərilən şəxslər artıq evə buraxılıb.

Əvvəlki məqalə

Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli-

Sonrakı məqalə

Putin 20 il əvvəl “Qarabağ şikəstəsi”ni heyrətlə dinləyir –