“Tərəflərin mövqelərində fikir ayrılığı olsa belə, Rusiya prezidenti Vladimir Putinlə müxtəlif məsələləri müzakirə etmək mümkündür”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əlbəttə, biz hər şeydə cənab Putinlə razılaşmırıq, lakin biz öz aramızda müxtəlif məsələləri müzakirə edə və onların həllinin təfərrüatlarını araşdıra bilərik”, – Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, Ankara qərəzli siyasət yürütmür və problemlərin həlli üçün ağlabatan yanaşma axtarır.
Azpost.info