“Rusiya Finlandiyanın sərhəd-keçid məntəqələrini bağlamaq qərarına görə dərindən təəssüflənir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O əlavə edib ki, Kreml Rusiya sərhədçilərinin Finlandiyadan gələn miqrantların sərhədi keçməsinə mane olması və bununla da miqrasiya böhranına töhfə verməsi ittihamlarını qəbul etmir.
“Bizim Finlandiya ilə çox yaxşı, praqmatik, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz vardı. Təəssüf edirik ki, bu münasibətlər sırf rusofob mövqe ilə əvəz olundu və qonşu ölkənin rəhbərləri ona əməl etməyə başladı”, – Peskov qeyd edib.
Azpost.info